Boş qalmış dəbilqələrin sayı milyonlarla olmalıydı

Şərəfsiz erməni quldurlarına bu cür münasibət çox azdır

"Qənimətlər meydançası erməni xalqına “'yanlış ideologiya və siyasətə” sahib olduğunu sübut etmək məqsədi daşıyır"


Prezident İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirən mühüm mesaj və Ermənistana növbəti “dəmir yumruq” xəbərdarlığı idi. Dövlət başçısı bir müddət əvvəl düşməndən qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayişi üçün planlarının olduğunu demişdi. Ötən il dekabrın 10-da keçirilən Zəfər paradında düşməndən qənimət kimi götürülən texnikaların bir qismi nümayiş etdirildi.

Daha sonra ölkə rəhbəri Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürdü və qısa zamanda görülən genişmiqyaslı işlər nəticəsində bu vəd reallaşdı. Açıq səma altında nadir park salındı və ilk ziyarətçisini - müzəffər Ali Baş Komandanı qəbul etdi.

44 gün ərzində mükəmməl hərbi strategiya və taktika nəticəsində düşmənin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri darmadağın edildi.

Düşmən hərbi resurslarını, canlı qüvvələrini, mövqelərini qoyub qaçdı. Ermənistan silahlı qüvvələrinin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimət kimi götürüldü. Zəfər paradının ən yaddaqalan məqamlarından biri rəşadətli ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə idi.

Hazırda həmin lövhə yeni fəaliyyətə başlayan Hərbi Qənimətlər Parkında da öz əksini tapıb. Hazırda Bakıda açılmış Hərbi Qənimətlər Parkı dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Parkda İkinci Qarabağ müharibəsindən qalma, erməni əsgərlərinə məxsus dəbilqə və çəkmələrin, eləcə də erməni hərbçilərinin manikenlərinin nümayişi Ermənistanın narazılığına səbəb olub. Ermənistan XİN bəyanat yararaq, bunu “ermənilərin təhqir edilməsi, ləyaqətlərinin tapdalanması”' kimi qiymətləndirib. Yerevan bunu “sülhə təhlükə” kimi gördüklərini və guya, ermənilərin Azərbaycan hakimiyyəti altında “'təhlükəsiz yaşaya bilməyəcəyini” vurğulayıblar. 

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin sərsəm ittihamını cavabsız qoymayıb. XİN-dən bildirilib ki, Ermənistan XİN-in isteriyası bu ölkənin Azərbaycana qarşı qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir. Vurğulanıb ki, dünya təcrübəsində də geniş şəkildə qəbul olunduğu kimi, bu şanlı Zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması bizim mənəvi haqqımızdır:

“Parkda müharibə iştirakçısı olan erməni hərbçilərinin manikenlərinin sərgilənməsinə gəldikdə isə dünyanın bir çox ölkələrində hərbi muzeylərdə manikenlərin sərgilənməsi təcrübəsi mövcuddur. Bu Parkın və burada sərgilənən kompozisiyaların verdiyi ismarıc birmənalıdır. Dövlətə qarşı həyata keçirilən təcavüz siyasəti və qanunsuz işğal üzərində çalınan böyük Qələbə beynəlxalq hüququn təntənəsidir. Ermənistan XİN-in talançılıq və insana nifrət iddialarına gəldikdə isə azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən dövlət səviyyəsində törədilən məqsədyönlü dağıntı və talan siyasətinin nəticələri bu gün bütün dünyanın gözləri qarşısındadır. Faşist cəlladı Qaregin Njdeyə Yerevanda heykəl ucaldan, birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa heç bir haqqı yoxdur”. 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da qeyd edib ki, qənimətlər meydançası erməni xalqına “'yanlış ideologiya və siyasətə” sahib olduğunu sübut etmək məqsədi daşıyır:

“Həmin tanklar, toplar Azərbaycan insanlarını məhv edəndə, qəddarlığın, qeyri-insani hərəkətlərin əleyhdarları niyə buna etiraz etməyiblər?”. Millət vəkilinə görə, dəbilqələr və digər detalların nümayişi etnik nifrəti o vaxt alovlandırmış sayıla bilərdi ki, Azərbaycan Qarabağda başqa millətlərin, o cümlədən ermənilərin mövcudluğunu tanımasın.



Tarixçi-alim Elmar Həsənli də “Şərq”ə açıqlamasında bildirib ki, Qənimətlər Parkı ilə bağlı fərqli fikirlərə sosial şəbəkədə də rast gəlinir:

“Feysbuka baxıram, əksəriyyət ermənilərin boş qalmış dəbilqələrini sevinclə paylaşır, digərləri isə onların bu halına “acıyır”, hətta bunu “faşistlik” adlandırırlar. Onlara sözüm budur ki, XX əsrdə “ağaları”nın təlimatı ilə Azərbaycan xalqına qarşı soyqırım törədən şərəfsiz erməni quldurlarına bu cür münasibət çox azdır.

Boş qalmış dəbilqələrin sayı milyonlarla olmalıydı. Təəssüf ki, Rusiya imkan vermədi. Ermənistanın terroru dövlət səviyyəsində dəstəklədiyi tarixdən məlumdur.

Cümhuriyyət liderlərinin çoxunu ermənilərə məxsus terror təşkilatları qətlə yetiriblər. “Qnçak” və “Daşnaksütyun” kimi terror təşkilatları məhz erməni quldurlarına məxsusdur. Xocalıda minlərlə insanımızı körpə, qoca, qadın demədən amansız qətlə yetirən, dərisini soyan erməni terror təşkilatlarına məxsus əsgər və zabitlər olub.

Bizim igid əsgərlərimiz isə onlardan qisas alıb. Bu qələbəni bizə bəxş edən Azərbaycanın igid oğullarının alnından və vuran əllərindən öpürəm”.