Məşhur repçiyə vəzifə verildi - FOTO

Bakı Nəqliyyat Agentliyində (BNA) yeni təyinat olub.

"Sherg.az"   Oxu.Az-a istinadən xəbər verir ki, “Qurd” ləqəbi ilə tanınan məşhur repçi Fərid Eminova Bakı Nəqliyyat Agentliyində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsinə təyin edilib.

Məlumatı Oxu.Az-a Agentlikdən təsdiq ediblər. Bildirilib ki, Fərid Eminovla əməkdaş kimi işə qəbul zamanı müvafiq müsahibə aparılıb. Onun çalışdığı sahə üzrə bilik və bacarıqları müvafiq qaydada yoxlanılıb.