Nazilə "Şəbnəm-Vəfa" qalmaqalı haqda danışdı: "Oğrudan oğruya halaldır"

“İkisi də yaxşı qızdır. Amma bəzi xırda məsələlərdə bir nəfər barışıq etməlidir.  Xüsusilə də keçmişdə dost olan insanlar nəyisə bölə bilmirlər kimi müharibə edəndə yol göstərənə ehtiyac olur. Şəbnəmi də Vəfanı da hamımız tanıyırıq. Burda bir-birinizə replika atmasanız yaxşı olar”. 
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqramda paylaşdığı videoda şairə Nazilə Səfərli deyib. O Vəfa Şəbnəm qalmaqalı haqda danışıb. Nazilə fikirlərinə bunları da əlavə edib:
“Diqqətimi çəkdi, Vəfa dedi ki, ailəliyəm qızım var, məclisə gedəndə insanlar evli olduğumu bilib, ona uyğun rəftar edirlər. Özünü apara bilməyənə ailəli, ya subay nə etsin? Sənin sözündən belə çıxır ki, subaylar məclisə getməməlidir? Ya özlərini çölə qoyublar? Şou-biznesdə o qədər ailəsi dağılan, amma sözünü demiş, ləyaqətli insanlar var. Evli olmaması qəbahət deyil. Sənin şansın gətirib yaxşı insanla qarşılaşmısan. Səndən əvvəl də həmin adam Şəbnəmin dostu olub. Eşitdiyimə görə  təhvil-təslim etmisinizz. Allah xoşbəxt eləsin. Nəyə lazımdır bir-birinizi incitmək, qəlb sındırmaq. Məncə, mehribançılıq olmalıdır. Burda nə səndə günah görürəm, nə də Şəbnəmdə. O durduq yerə işə düşdü. Şəkili kim paylaşırsa, bir az o da diqqətli olsun. Gərək həyatınızdakı insanlar sizə elə video çəkməyə icazə verməsinlər. Nəticə etibarilə sənin də ailə dediyin insan başqa bir qadının ailəsidir. Belə baxanda oğrudan-oğruya halaldır. Amma diqqətli olmaq lazımdır. İndi deyəcəklər, sən niyə danışırsan? Mən dinməsəm, o danışmasa, kim bir söz deyəcək? “Qızım var” deyən qadın bu mövzuları açmamalıdır. Adamın başına iş gələr. Məncə, ifadələri diqqətli işlədək .