Etiraz:“Dövlət universitetlərində təhsil pulsuz olmalıdır”

“Dövlət universitetlərində təhsil pulsuz olmalıdır”.
 Bu sözləri Ağ partiya sədri Tural Abbaslı “Şərq” Tv-nin efirindəki “Düzünü deyək” verilişində söyləyib.
 “Sherg.az” xəbər verir ki, o, bunun ədalətsiz olduğunu düşünür: “Özəl ali məktəblərdə təhsil pullu ola bilər, amma dövlət universitetlərində yox. Dövlət xalqındırsa, təhsil də ödənişsiz olmalıdır. Belə vəziyyət yaradılır: kimin pulu varsa oxusun, kimin pulu yoxdursa, oxumasın. Əslində isə belə olmalı deyil”.