Aygünə efirdə 5 min manatlıq gül çələngi JESTİ- Sevgilisidir? + Fotolar

Aparıcı Zaur Kamal “Onun sirri” verlişinin qonağı olub. O proqramda efirə tək çıxmaq istəyən müğənnilərdən danışıb.“Sherg.az”ın məlumatına görə,  Zaur deyib ki,  hər müğənnini proqrama tək dəvət etmək olmaz:
“Azərbaycanda  bir-iki sənətçini, məsələn, Aygün Kazımovanı, Röya Ayxanı və Xumar Qədimovanı  verlişə tək çağırmaq olar”.
Z.Kamal onu da əlavə edib ki, efirə tək gələn müğənnilərə sevənləri, yaxud da sevgilisi də gül göndərir:
“Ötən dəfə Aygün Kazımova mənə dedi ki, 1001 ədəd qızıl gül gətirəcəksən. Düzdür, mən almadım. Həmin güllərin biri 5 manatdır, hamısı birgə 5000 AZN edir. Düşündülər ki, mən almışam. Amma bir dostumuzdan xahiş etdik, o da sevə-sevə göndərdi. Çünki Aygün Kazımova gəlirdi. Qonaq Röya da olsa, eyni jesti edərdik”.