Şəbnəm qarğış tökdü: “Allah sosial şəbəkələri yaradanın bəlasını versin”

Müğənni Şəbnəm Tovuzlu “Hüseynova bacıları” verlişində qonaq olarkən adının hallandığı qalmaqallardan danışıb.
“Sherg.az” xəbər verir ki, ifaçı ona İnstaqramda replika atan həmkarlarına irad bildirib:
“Allah sosial şəbəkələri yaradanın bəlasını versin. Mənimlə problemi olan, zəng edib desin.

Söyləsin ki, bacı, sən bunu düz etməmisən. Lap telefonda bir-birimizə nə isə deyək. Amma aramızda olsun. Bu, Şəbnəmlə dava deyil, insanlara özünü göstərməkdir. Əlinə nə keçir? Zatən qaş düzəltdiyin yerdə, göz çıxardırsan. Kim olduğun ortaya çıxır.

İç üzünün necə olduğunu bilirlər. Əsas da şou-biznesdəki sənət dostlarıma səslənirəm, sözünüz varsa, mənə deyin. Kiməsə sözüm olanda sosial şəbəkələrdə danışmıram.

Onlar mənə yazanda məcbur qalıb iki kəlmə cavab verirəm. Bunu yaratmayaq. Biz sənət adamıyıq, eyni qazanda qaynayırıq. Nə sən mənim çörəyimi yeyirsən, nə də mən sənin. Sözün varsa, zəng et danışaq. Nədir axı çıxmısan ora deyirsən, mən beləyəm, eləyəm. Onsuz da elin gözü tərəzidir, hər kəs bilir kim necədir. Şou biznesdə əksəriyyətinə nifrət edirəm. Ona görə ki bu şəkildə özlərinə bəraət qazandırırlar”. 
Qeyd edək ki, Ş.Tovuzlunun bir müddətdir həmkarı Vəfa Şərifova ilə qalmaqalda adı hallanır.