ŞOK! - Kərim əlil uşaqların konserti üçün 500 manat istəyib                                 

Arb Tv-nin “Bazar düzü” verilişində bir neçə müğənni haqda şok iddia irəli sürülüb. Proqramda mövzu xeyriyyə  tədbirləri olub. Həmçinin  xeyriyyə tədbirlərinin təşkilatçısı Ömər Abdullayev də proqamda iştirak edib.
“Sherg.az” xəbər verir ki, o bəzi müğənnilərin xeyriyyə konserti üçün qonorar istədiyini  söyləyib:
“Əlil uşaqlar üçün təşkil olunan konsertdən Kərim Abbasov 500 manat istədi. Müğənni Damla umumiyyətlə xeyriyyə tədbirlərinə getmədiyini  dedi”.
Porqramın digər qonağı Səyyad Əlizadə isə sözügedən ifaçılara irad bildirib:














“Siz ünvanları səhv salırsınız. Onlar kimdir ki, onu tədbirə çağırırsınız? Dəvət etdiyiniz insanlara fikir verin. Söhbət sənətdən yox, şəxsiyyətdən, insanlıqdan gedir”.