Damla şəhid Xudayar Yusifzadə ilə VİDEOsunu paylaşdı 

Müğənni Damla Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadə ilə videosunu paylaşıb.
“Sherg.az” xəbər verir ki, ifaçı şəhidimizin orada olduğunu yeni gördüyünü söyləyib:
“Sizdən hədsiz dərəcədə xahiş edirəm, dinləyicilərimi təhqir etməkdən vaz keçin. Bu video indi diqqətimi çəkib. Arxadakı Xudayar imiş.  Məni qorumaq üçün “maşına əyləşin” deyir.  Dəyərli qardaşım, Allah şəhadətini qəbul etsin.  Dinləyicilərimi təhqir edən, zövqsüzlükdə günahlandıra, “musiqidən, kitabdan xəbəri yoxdur” deyən bəzi sənətçi dostlarıma bildirmək istərdim ki, Allahdan sizə də əfsanəyə dönmüş Xudayar, tarixə düşən Aminlər kimi dinləyicilər arzu edirəm”.