Ərim və qızım məni tənqid etdilər:"Daha nənəsən..."

Rəqqasə Fatimə Fətəliyeva “Həmin Zaur” proqramında qonaq olub. Aparıcı Zaur Kamal ona “Nə üçün sənə hind rəqslərinin ifaçısı deyəndə əsəbiləşirsən?!" sualını ünvanlayıb.

“Sherg.az” xəbər verir ki, o hətta ailəsindən də hind rəqsləri oynamasına irad bildirildiyini söyləyib:

“Səhər başqa verilişdə hind rəqsi oynadım. Evdən yoldaşım və qızım məni tənqid etdilər. Deyirlər, artıq hind rəqsi etmə. Daha nənəsən, milli rəqslər oyna. Əlli yaşıma az qalıb. Mən yaşımı gizlətmirəm. Məsələn, Əminə Dilbazi yaşı çox olan vaxtlarda da rəqs edirdi. Aliyə Ramazanova hələ də şuxdur. Siz də məni 53 yaşımda dəvət edərsiniz”.