Roza İlhamədən üzr istədi

Aparıcı İlhamə Bədəlova və müğənni Roza Zərgərlinin məhkəmə işi yekunlaşıb. Qərar İlhamə Bədəlovanın xeyrinə qəbul edilib.

“Sherg.az” xəbər verir ki, bu barədə R.Zərgərli danışıb.
O deyib ki, qanunlara tabe olmalıyıq:

“Kanalımızın əməkdaşı İ.Bədəlova ilə “Maşın realiti şou”da münaqişə yaşandı. Məni məhkəməyə verdi. Birinci dəfə rayon məhkəməsinin qərarı xeyrimə oldu. Sonrakı isə İ.Bədəlovanın lehinə idi. Qərar qüvvəyə mindiyi üçün biz təkzib etməliyik. Bunu da İlhamə xanım “Azad Azərbaycan” televiziyası vasitəsilə elan etməyimi istəyib. Azərbaycan hüquqi dövlətdir. Məhkəmənin qərarı qüvvəyə mindiyinə görə, razı olmasam da təkzib verməliyəm.

Mən Allahverdiyeva Roza Azərbaycan Respublikasının qanuna tabe olan vətəndaşı kimi, alilik prinsipinə əməl edərək məhkəmənin qərarını icra öhdəliyini öz üzərimə götürürəm. Dörd iyun 2018-ci il tarixində “Maşın realiti şou"sunda canlı yayımda işlətdiyim sözlər:

"Sən sus! Ağır xəstə olan əməkdaşını qovdun, mən isə onu işlə təmin etdim. Səhiyyə işçilərinin adını çəkmə! Qorxmusan ki, bu xəstəlik sənə də keçər" kimi məlumatlar həqiqətə uyğun olmadığına görə, təkzib verirəm".