Aktrisadan qalmaqallı açıqlama:"Gəlin evdən çıxır, qaynana hara getdiyini bilmir”

“Gəlin qaynana ilə bir evdə yaşayırsa, hər addımında ondan məsləhət almaq borcudur”.
“Sherg.az” xəbər verir ki, bu sözləri aktrisa Dilarə Əliyeva deyib. O aparıcısı olduğu “Söhbət var”verilişində bunları söyləyib:
“Harasa gedəndə də zəhmət çəkib həyat yoldaşından əvvəl qaynanasına deməlidir. Məsələn, bəzi gəlinlər evdən çıxır, qaynana hara getdiyini bilmir. Elə şey yoxdur. Kollektiv yaşamağı öyrənin. Öz paltarlarınızı yuyub, qaynananınkıları yumamaq olmaz. Bir evdə yaşayırsınızsa, “sənin, mənim” deyil, “bizim” söhbəti olmalıdır. Əvvəlcə həyat yoldaşınızın anasının paltarını yuyun. Ümumiyyətlə, getmək istəyən insanı kimsə fikrindən döndərə bilməz. Amma dolanmağı arzulayan gəlin mehribancasına ailədə qalacaq".