Bacılar "gül vurdular": "Az qazananlar az yeməlidirlər"

“Pandemiya dövründə kimsədən borc almadıq. Amma borc verdik. Həmin adam şou əhlindən deyildi. Hələ ki ehtiyacımız yoxdur. Nə vaxt imkanları olar, qaytararlar”.
“Sherg.az”ın məlumatına görə, bu sözləri “Onda görüşək” proqramında Sevil Sevinc bacıları söyləyib. Onlar  karantindəki maddi durumları haqda danışıblar:
“İnsan az qazanırsa, az, çox qazanırsa çox yeməlidir. Şəraitə uyğun yaşamalısan. Şübhəsiz, pandemiyadan  əvvəlki dövrdəki gəlirimizlə indiki arasında fərq var. Məsələn, 60 faiz qazanırdıqsa, hazırda o məbləğ 10 faizə düşüb. Bu ab-havaya uyğunlaşmalıyıq. Son bir ildə yadıma gəlmir ki, özümə nəsə alım, harasa gedim. Yoxdursa, etmirəm, Məcbur deyil, olmayanda kimdənsə borc almaq”.