Roza Zərgərli Namaza başlayıb?

Müğənni Roza Zərgərli İnstaqram hesabında yeni fotosunu paylaşıb. O postun komment bölməsində izləyiciləri ilə söhbət edib. 
"Sherg.az" xəbər verir ki, sənətçinin fotosunu hər kəs rəğbətlə qarşılayıb. Bir izləyicisinin sualı isə diqqət çəkib. Ona görə ki, R.Zərgərliyə "_hese1ov_2007" adlı istifadəçi "Namaz qılırsınız?" deyə sual ünvanlayıb. İfaçı isə "Təəssüf ki, xeyir" deyə cavab verib.