Vəfa Şərifova: "Ərim mənə xəyanət də etdi, döydü də"

“Məni sevməsə, həyat yoldaşımdan boşanaram. Həmişə deyirdim ki, beş uşağım da olsa, mənə xəyanət etsə, yaxud da əl qaldırsa, ayrılaram. Amma mənə xəyanət də etdi, döydü də. Dözmərəm dediyim hər çətinliyə sinə gərdim”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Lent.az”a açıqlamasında müğənni Vəfa Şərifova söyləyib. O həyat yoldaşı haqda danışıb:
“Çünki uşağımı atasız böyütmək istəmirəm. Başqalarının etdikləri səhvləri, düşdükləri bataqlıqları istəməmişəm. Kişilərdə xəyanət iki cür. Qadın isə yalnız hisslərini nəzərə alıb xəyanət edir. Kişilər  dost qrupuna qoşulurlar, məsələn biri deyir ki, kimdənsə qorxursan? Gəl, gedək harasa. Mənə olunan xəyanət belə idi. Lakin kiməsə bağlansa, sevsə, bağışlamazdım. Sevgi mənim üçün önəmlidir. İnsanın qaşını-gözünü deyil, mənə olan sevgisni, diqqətini, himayəkarlığını sevirəm.  Həmişə düşünürdüm ki, qadın böyük səhv etsə, döyülər. Yaşa dolduqca anlayıram ki bu qısqanclıqdan, çox istədiyindən ola  bilər. Döyülmək ağırdır. Qadın travma alır. Heç bir xanıma qismət eləməsin”.