AVRO-2020: İsveç – Slovakiya görüşündə qolsuzluq davam edir - YENİLƏNİR

İsveç – Slovakiya görüşündə hələ hesab açılmayıb. Matçda ikinci hissə gedir və qolsuz bərabərlik davam edir.

17:01

E qrupunda II tura start verilir.

Oxu.Az xəbər verir ki, İsveç millisi ilk görüşdə qələbə qazanaraq qrup lideri olmuş Slovakiya millisi ilə qarşılaşır.

Görüş Sankt-Peterburqda keçirilir.

İsveç (4-4-2): Ulsen, Lustiq, Lindelöf, Danielson, Auqustinson, Ulson, Ekdal, Sebastian Laşon (kapitan), Foşberi, Beri, İsak

Slovakiya (4-2-3-1): Dubravka, Huboçan, Şkriniar, Şatka, Pekarik, Hroşovski, Kutska, Mak, Hamşik (kapitan), Kostselnik, Duda