"Bir uşaq var, onu övladlığa götürmək istıyirəm"

Prodüser Tarix Əliyev( Tolik) “Ziq-zaq” proqramında özəl həyatından danışıb.
“Sherg.az” xəbər verir ki, o, evlənmək kimi bir fikrinin olmadığını söyləyib:
“Nə edim? Gedim, xalam qızını alım, desinlər ki, bomba oğlandır. Şou-biznesdə  kişilərin əksəriyyəti tezbazar öz qohumları ilə ailə qurublar ki, evlənəndə onlara kişi deyəcəklər. İdman sahəsində adamlar tanıyıram, sanballı kişilərdir. Yaşları çox olsa da, ailə qurmayıblar. Bizim müğənnilər isə cəmiyyət üçün yaşayırlar. Ona görə evlənmirəm. Evlənməyim atamın arzusu idi. Dünyasını dəyişdi, ondan qısa müddət sonra analığım vəfat etdi. Deyirlər, ölənlə ölmürlər. Amma o qadın atamdan sonra günbəgün arıqladı və öldü.  Öz doğma anam isə Almaniyada yaşayır. Bacım da onunladır. Mən istərdim ki, Azərbaycanda uşaq övladlığa götürmək asanlaşdırılsın.  Üç il əvvəl getdiyim uşaq evinə yenidən yollandım. Bir uşaq var, məni gördü tanıdı. İstərdim  ki, onu övladlığa götürüm. Ailə qurmağı isə düşünmürəm”.