Dünya bazarlarında qaz ucuzlaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti yenidən azalıb.

"APA-Economics"in məlumatına görə, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,55% azalaraq 3,915 ABŞ dolları təşkil edir.