Sevdadan Əli Mirəliyevə:“...Göz yaşı tökməyin artistlik idi ”

 “Nə vaxta qədər təhqir edəcəksən? Sənə bir balaca hörmətim var idi. Onu da sildin apardın. Nəinki mənim, çox adamın hörmətini qazana bilməmisən. İndiyə qədər  Səməd haqda ağzına gələni danışırsan. Ayıb deyil?! Axı Səmədlə birgə çörək kəsmisən”.
“Sherg.az” xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı həmkarı Əli Mirəliyev haqda söyləyib. O, açıqlamasına bunları da əlavə edib:

“İkincisi, nə verib ala bilmirsən Səməddən?  Artıq yaşın yetmişi keçib.  İnsan öləndə özü ilə rəhmət aparır. Sağlığında ağzına gələni danışdın, nələr dedin. Heç olmasa  öləndən sorna “Allah rəhmət  eləsin” de.  Niyə ailəsi haqda bilmədiyin sözləri danışırsan? Deyirsən, həyat yoldaşı onu qoyub gedib. Mən o ailənin içindəyəm, hər şeyi yaxşı bilirəm. İradə ona gözəl xanım olub,  qayğısına qalıb. O Türkiyəyə bacısının yanına getdi. Səmədə dəfələrlə söylədi ki,  bu şounu, toyları at mənimlə birgə gedək, səni tək qoymaq istəmirəm. Səməd and içdi ki, yaxşıyam, sən get. Ay Əli, hansı millətdənsən? Azərbaycanlı olan insan  ölənin arxasınca içindəki çirkin fikirlərini açıqlayıb deyərmi? Ona danışıq öyrətmisən?  Pedaqoqsan, dilçisən ki, Səmədə danışıq öyrədirsən. Rəhmətlik rusdilli idi. Sənin rusdilli olmamağın bizim günahımız deyil.  Kimsə ingilis dilində danışırsa , məgər o ingilisdir, azərbaycanlı deyil? Gah erməni dedin, gah da cuhud. Bilirsən ki, Səməd əslən şamaxılıdır.  Deməli, onun yas yerində göz yaşı tökməyin artistlik idi. Çünki üç gün sonra dalınca danışdın.  Dirisindən əl çəkmədin, ölüsündən əl çək. Səməd ömür boyu sən başda olmaqla hamıya yaxşılıq edib. Özünün xeyriyyəçiliyini reklam etməyib, illərdir qocalar, körpələr, əlillər evlərinə yardım göstərir.  De ki, bir dəfə də mən yaxşılıq etmişəm.  Səməd öldü getdi, hamı ona rəhmət oxuyur. Yaxşılıqlarından danışırlar.  Nə sənətin, nə mədəniyyətin, nə də mənəviyyatın var. Səmədin sənə verdiyi çörəyə heyif olsun”.