Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb

Bu gün mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb.
Bu barədə APA-ya şairin nəvəsi Rüfət Qarazadə məlumat verib.
O bildirib ki, abidənin açılışı mayın 7-də, mərhum şairin vəfatının ildönümündə baş tutacaq.
Qeyd edək ki, Musa Yaqub ötən il mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində vəfat edib. O, vəsiyyətinə uyğun olaraq kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.
Xatırladaq ki, heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.