
Ekoloq: Belə daşqınları idarə etmək bəzən çox çətin olur
10:41 17.04.2025
Ekologiya
368
Rövşən Abbasov: Leysan və daşqınların ardınca daha quraq havanın şahidi olacağıq
Avtomat hidroloji stansiyaların aprelin 17-si saat 10:00-a olan məlumatına əsasən, çayların həcmində artım davam edir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 156 sm, Əyriçayda 14 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 15 sm, Əsrikçayda 7 sm, Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 14 sm, Zabuxçay və Quruçayda 12 sm, Köndələnçayda 5 sm, Tutqunçay və Həkəriçayda 4 sm, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayda 10 sm artım qeydə alınıb.
Məsələ ilə bağlı danışan ekoloq Rövşən Abbasov "Sherg.az"a bildirib ki, sudan həmişə düzgün istifadə etdikdə o bir resursa çevrilir:

“Düzgün idarə etməyəndə isə fəlakət baş verir. Əlbəttə ki, su idarəçiliyinin əsas məqsədi su ehtiyatlarının zaman və məkan daxilində effektiv paylanmasını təmin etməkdən ibarətdir. Amma bu cür ekstremal hadisələr baş verəndə bunu təmin etmək çox çətindir. Yəni bu gözlənilməz hadisədir. Qısa müddətdə illik normanın üç qatı yağıb. Ona görə də belə daşqınları idarə etmək bəzən çox çətin olur. Daşqın ehtimalları azaltmaq üçün yamaclarda meşələrin artırılması davam etməlidir. Bakı şəhərində örtüklər bərkdir, ona görə də bunu etmək bir az çətindir. Yəni asfalt örtükləri üzərində bu tip sellər daha çox əmələ gəlir"
Ekoloq qeyd edib ki, yağışların təkrarlanma ehtimalı çox azdır:
"Normadan üç dəfə artıq yağıntının qısa müddət ərzində düşməsi ekstremal bir hadisə yaradır. Bunu yenidən təkrarlanmasını heç kim deyə bilməz. Yaxın 10 günün proqnozlarında baxmaq lazımdır. Çünki leysanın yağacağı proqnoz edilmişdi. Amma artıq bu baş verib və ehtimal azalıb. Yəni atmosferdə olan rütubət, artıq yerə düşüb. Biz leysan və daşqınların ardınca daha quraq havanın şahidi olacağıq. Bu bir qanundur. Hər 100 ildə bir, ya iki dəfə baş verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol