Goranboy sakinini ilan sancıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb.
Kənd sakini, 1970-ci il təvəllüdlü Etibar Həsənovu həyətində ilan sancıb. Dərhal xəstəxanaya aparılan yaralıya tibbi yardım göstərilib.
Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.