Vurğun Əyyubun yas mərasiminə qatılmaq istəyənlərin - Diqqətinə

Ötən gün dünyasını dəyişmiş görkəmli ziyalı Vurğun Əyyubun yas mərasimi keçiriləcək.

Axar.az xəbər verir ki, ailəyə yaxın şəxslərin Feysbuk sosial şəbəkəsində verdiyi məlumata əsasən, Vurğun Əyyubun yas mərasimi 27 sentyabrda, bu həftənin cümə günü, "Tural" mərasim evində saat 11.00-dan etibarən keçiriləcək.

Qeyd edək ki, "Tural" mərasim evi zooparkın yaxınlığında yerləşir.