"Qardaş Azərbaycana "Barış çeşməsi" hərəkatına verdiyi dəstəyə görə təşəkkür edirik".
APA -nın xəbərinə görə bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.
“Azərbaycanın Xarici İşlər naziri, qardaşım Elmar Məmmədyarovla görüşdük. “Bir millət, iki dövlət” anlayışına əsasən əməkdaşlığımızı hər sahədə inkişaf etdirməyə davam edəcəyik”, - deyə M. Çavuşoğlu qeyd edib.