Pərvanə Əhmədova müxalifətə səsləndi: "Məni öz oyunlarınızda alət etməyin" - VİDEO

Bir neçə gündür sosial şəbəkələrin qəhramanına çevrilmiş Pərvanə Əhmədova videomüraciət yayıb.

Yayılan videomüraciət nə qədər məyusedici olsa da, bir acı reallıqdır. Həm də bir dərs. O dərs ki, bizlərə təsadüfi və tanımadığımız adamlardan qəhrəman “düzəltməyi” bəlkə bizlərə tərgitdi...

Videomüraciətdə Demokratik Qüvvələrin Milli Şurasının 8 oktyabr 2019-cu il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin önündə təşkil edilmiş etiraz aksiyası zamanı hakimiyyətyönümlü Maqsud Mahmudovla polemikaya girmiş Pərvanə Əhmədova müxalifət düşərgəsini tənqid edərək, onunla bağlı şayiə yaymaqda ittiham edib.

Pərvanə Əhmədova heç bir təzyiqə məruz qalmadığını, hazırda siyasi proseslərdən kənara çəkildiyini və qohumlarının evində istirahət etdiyini bildirərək, özünəməxsus formada müxalifət düşərgəsinə müraciət edib. O, müraciətində: “Alo eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” deyərək fikrini tamamlayıb...