Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, 149 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1984-cü il təvəllüdlü Babayeva Hakimə Hakim qızını vuraraq xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.