Suriya erməniləri Ermənistandan imtina etdi – Şok səbəb

Suriyanın Qamışlı rayonunda olan 4000 nəfərə yaxın erməni Ermənistana gəlməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb. Məlumata görə, onlara Ermənistanda məskunlaşmaq təklif edilib, amma onlar bunu müzakirə etməkdən imtina ediblər.

Belə ki, ermənilər Ermənistana gəlmək istəməmələrinə səbəb kimi oradakı həyat səviyyəsini göstəriblər.

Suriyada savaş getməsinə və ölkədə cəhənnəm yaşanmasına baxmayaraq, ermənilərin Ermənistandakı həyat səviyyəsindən narazı olduqları üçün bura köçdən imtinaları ciddi müzakirələrə səbəb olub.