Putin rəsmi nümayəndəsini Ankaraya göndərdi

Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Ankaraya gəlib.

Axar.az xəbər verir ki, o, Ankarada Türkiyə prezidentinin müşaviri İbrahim Qalınla görüşüb. Tərəflər Menbiç və İdlibdəki situasiyanı müzakirə ediblər.

Qeyd edək ki, Lavrentyev bundan öncə İrana gedib.