2020-ci ildə təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacaq.
APA -nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 38,3 faiz, yaxud 873,6 milyon manat çoxdur. Bu il dövlət büdcəsində təhsil xərcləri 2 milyard 282 milyon 200 min manat proqnozlaşdırılıb.
Gələn il səhiyyə xərcləri üçün isə 1 milyard 369 milyon manat vəsait ayrılacaq.
2020-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, bu, 2019-cu illə müqayisədə 31,3 faiz, yaxud 326,5 milyon manat çoxdur. Bu il dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 42 milyon 500 min manat proqnozlaşdırılıb.