Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələri təqdim edib.
Maliyyə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 3244,6 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2019-cu illə müqayisədə 770,5 milyon manat və ya 31,1 faiz çoxdur.
Gələn il sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsiatin 1426,9 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə nəzərdə tutulub.
Bu da cari ilin proqnozu ilə müqayisədə 74,2 milyon manat və ya 5,5 faiz çoxdur.
2020-ci ildə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsi üçün sosial müdafiə və sosial təmint xərcləri üçün 1398,4 milyon manat vəsair sərf ediləcək ki, bu da 2019-cu illə müqayisədə 716,1 milyon manat və ya 2,0 faiz çoxdur.