Son illərdə kürd qruplaşmaların ən yaxın müttəfiqi olan ABŞ onları tək buraxmaqla sərhəddə türklərlə vuruşmağa məcbur qoydu.
Axar.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Tamamilə aydındır ki, əgər kürd birləşmələri silahları ilə birlikdə geri çəkilməsələr, o zaman Suriya sərhədçiləri və rus hərbi polisi geri çəkilməli olacaq. Belə olan halda faktiki olaraq kürd birləşmələri türk ordusunun əzici zərbəsi altına düşəcək”, - Peskov bildirib.