Ağdam rayonunda zəhərlənmə hadisəsi baş verib .
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 2004-cu il təvəllüdlü Günəş Mehdiyeva, 1993-cü il təvəllüdlü Etibar Lətifzadə və 2000-cu il təvəllüdlü Xaliq Əsədov zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti orta-ağırdır. Onların sosiskadan zəhərləndiyi ehtimal olunur.
Qeyd edək ki, hər üç şəxs zavodların birində fəhlə işləyib.
Faktla bağlı araşdırma aparılır.