AMEA-nın bu gün istefa verən prezidenti Akif Əlizadəni Prezident İlham Əliyev ordenlə təltif edib.
Prezidentin sərəncamında deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında elmin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Ağa Mehdi oğlu Əli Zadə 1 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.