Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Xəzər bağları massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıb.
Lent.az -ın xəbərinə görə, nazirliyin 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib ki, araşdırma zamanı iy-qoxunun Xəzər bağları ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub: "Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.