Prezident vətəndaşların probleminin həllinə birbaşa özü nəzarət edir - AKTUAL

“Prezident İlham Əliyevin Şamaxıya növbəti səfəri və ictimaiyyətlə görüşü dövlət başçısının xalqın problemlərinin həllinə birbaşa özünün nəzarət etdiyini göstərir”. 

Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib. 

Analitik bildirib ki, xüsusilə regionlarda yaşayan əhalinin rifahının yüksəlməsi Prezidentin daim diqqət mərkəzindədir: 

“İllərdir davam edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı da Prezidentin regionlarla bağlı inkişaf strategiyasında əsaslı rol oynayır. Dövlət başçısının bu siyasəti bir daha göstərir ki, Azərbaycan dövləti və rəhbərliyi bütün siyasətini vətəndaşın rifahının yüksəldilməsinə və yaşayış standartlarının maksimuma qaldırılmasına hesablayıb”.