Badamov: “Prezident xalqın xidmətçisi olduğunu əyani göstərir”

“Azərbaycan hökuməti hər zaman xalqın yanındadır”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. 

Deputat vurğulayıb ki, dövlət başçısı, bu kimi səfərlər etməklə yerindəcə insanların problemləri ilə tanış olmaq, onlara öz dəstəyini göstərmək kimi humanist prinsiplə yanaşır: 

“Cənab Prezident bu il üç dəfə Şamaxı şəhərinə səfər etdi və orada əziyyət çəkmiş insanların yanında olub, onların fikirlərini dinləyib. Dünyanın heç bir ölkəsində belə zəlzələ, sunami nəticəsində dağılmış evləri dövlət tikmir. Sığorta şirkətləri bu işləri yerinə yetirir. Bu müddət ərzində insanlar bir çox çətinliklərlə qarşılaşırlar. Amma onlardan fərqli olaraq Azərbaycan hakimiyyəti hər şəraitdə xalqın yanında olur və belə hallarda öz dəstəyini əsirgəmir. Müasir, daha yaxşı həyat şəraiti ilə təmin edilirlər. Ölkə başçısı hər zaman deyir ki, biz xalqın xidmətçiləriyik. Belə səfərlər dövlət başçısının həqiqətən xalqın xidmətçisi olduğunu əyani göstərir”.