"Hələ ki seçki prosesi normaldır. Xırda qanun pozuntuları ilə üzləşsək də , müşahidəçilərimiz öhdəsindən gəlir".
Bu sözləri 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, jurnalist Jalə Mütəllimova deyib.
Onun sözlərinə görə, seçki prosesi ölkəmiz üçün əhəmiyyətli bir proses olduğundan maneçilik törədən qüvvələr var:
"Biz də maksimum dərəcədə onların qarşısını almağa və seçki prosesinin şəffaf keçirilməsinə nail olmağa çalışırıq. 92 saylı Zərdab-Ucar dairəsi üzrə dörd saylı məntəqədə izləmə kamerasını indidən söndürüblər. Amma vaxtında etiraz edirik və dərhal aradan qaldırırlar".