"Seçici fəallığı qənaətbəxşdir. Səhər saatları ilə müqayisədə seçki fəallığı artan xətt üzrə gedir". Bu sözləri Serq.az-a deputatlığa namizədliyini 14 saylı Şəki kənd birinci seçki dairəsindən irəli sürmüş Əli Məsimli deyib.
Ə. Məsimli 14 saylı Şəki kənd birinci seçki dairəsində heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirib:
"Mən şaxəli iş aparıram. Müəyyən dairələrdə qeydə alınan xoşagəlməz faktların heç biri bizim dairədə yaşanmayıb. Məntəqələr kameralarla daim izlənilir. Təbliğat - təşviqat kampaniyası zamanı bizim fəaliyyətimizin ana xəttini islahatlara dəstək çağırışları təşkil edirdi. Ümid edirəm ki, Şəki sakinləri hamılıqla bu seçki prosesində uğurla iştirak edib islahatlara dəstək göstərəcəklər".