Ukrayna-Rusiya müharibəsinin getdiyi vaxtda bu iki dövlətin rəhbərlərinin bədən dili müzakirələrə səbəb olub.
"Sherg.az"ın məlumatına görə, "beden dilin" "instagram" səhifəsində bu barədə paylaşım edib.
Səhifə Ukrayna Prezidenti Volodimir Zelenskinin bədən dilinə aydınlıq gətirib:
"Çatılmış qaşlar, sıxılmış dodaqlar qəzəb əlamətidir. Dodaqların kənarları enib, bu qəm əlamətidir. Şəkildə görünmür, ancaq bir əli stolun üstündədir. Nə qədər əsəbi olsa da, güclü görünməyə çalışır. Onun geyimi ordusunun xalqının tərəfində olduğunu göstərir.
Bütün bu çıxışa baxsanız, onun üzündə qəzəb, kədər və ikrah ifadələrini görə bilərsiniz".
Qeyd edək ki, həmin foto üç gün əvvəl V.Zelenskinin çıxışında çəkilib.