Rusiya ilə Ukrayna arasında ötən cümə axşamı başlayan müharibə 7-ci gününə qədəm qoyub.Yüzlərlə mülki şəxsin həyatını itirdiyi hərbi müdaxilədə minlərlə rus əsgəri də zərərsizləşdirilib.
"Sherg.az"ın məlumatına görə, dünya Rusiyanı sanksiyalarla dayandırmağa çalışarkən, Ukraynanın müdafiə naziri Oleksii Reznikovdan çox mühüm açıqlama gəlib. O.Reznikov, Rusiyaya qarşı müqavimət göstərən ordunun xaricdən aldığı yeni silah və texnikanın tezliklə gələcəyini, Türkiyədən gətirilən Pilotsuz Uçuş Aaparatları ( PUA ) və Silahlı Pilotsuz Uçuş Aparatları (SPUA ) ilə birlikdə "Stinger" və "Javelin" raketlərinin də yolda olduğunu bildirib. Bəzi Qərb ölkələri Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynaya silah dəstəyi vermək qərarına gəlib.
Ukrayna 2019-cu ildə Türkiyədən PUA və SPUA almağa başlayıb. Ukrayna ordusu o vaxtdan bu döyüş maşınlarından istifadə edir.
Digər tərəfdən Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk Feysbuk hesabında paylaşdığı videoda Türkiyə istehsalı olan SPUA-ların Rusiyaya qarşı aktiv şəkildə istifadə edildiyini söyləyib.
Ukrayna səfirliyinin "Twitter" hesabında paylaşılan videolarda konvoya PUA-nın müdaxiləsini əks etdirən görüntülər yer alıb. Həmin paylaşımda “Gülü sevən tikanına da qatlanar. Rus işğalçıları da indi “Bayraktar TB2” SPUA-lara dözməlidir” kimi şərh edilib, başqa bir videoda isə "TB2 SPUA-lara “Maşallah" deyilib.
Mənbə: EN SON HABER