“Həmin ölkələrin dəyərlərini qorumaq şərtilə azərbaycanlı olduğunuzu unutmayın, həqiqətlərin dünyaya çatıdırlmasına dəstək göstərin"
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ölkənin milli maraqları ətrafında sıx birləşiblər. Dünya azərbaycanlılarının təşkilatlanmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. H.Əliyevin sərəncamı ilə Dünya azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da keçirilib.
Bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət daşıyır. Ulu öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı dillər əzbəridir.
Ümummilli lider dünya azərbaycanlılarını vahid amal ərtafında birləşdirdi, diaspor quruculuğu prosesini başlatdı və azərbaycanlıların doğma vətəni ilə əlaqələrinin güclənməsi üçün hüquqi və siyasi əsaslar yaradıb.
Azərbaycan diasporu Heydər Əliyevin prezidentliyi dövründə inkişaf yoluna qədəm qoyub. Heydər Əliyev xarici ölkələrə səfər edən zaman həmin dövlətlərin rəsmiləri ilə yanaşı, soydaşlarımızla da görüşür, onların qarşısında təşkilatlanma ilə bağlı aktual problemləri qaldırıb.
Qüdrətli Azərbaycana gedən yol bütün azərbaycanlıların milli həmrəyliyindən keçir. Yaxın keçmişdə 44 günlük Vətən müharibəsində qazanılan qələbə həmvətənlərin birliyinin uğurlu nəticəsidir.
Mövzu ilə bağlı fikirlərini "Sherg.az"la bölüşən deputat Elman Nəsirovun sözlərinə görə, diaspor quruculuğu məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən biridir:
"Bu siyasətin əsasını Heydər Əliyev qoyub. Onun azərbaycançılıq idologiyasını müasir dövrdə tətbiqi dünyada yaşayan azərbaycanlıların birləşməsində müsatəsna rol oynayıb. Ulu Öndərin 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd etməsi tarixi addımdır. Atılan addımlar nəticəsində dünya ölkələrində soydaşlarımızın təşkilatlanması, inkişafı prosesi surətli irəliləyib. Həmin siyasəti, diaspor quruculuğunu İlham Əliyev müvəffəqiyyətlə həyata keçirir.
500-ə yaxın diaspor təşkilatı mövcuddur. Onların indiyə qədər dörd qurultay baş tutub. Cənab Prezindent diaspor təşkilatları qarşısında qoyduğu əsas vəzifələrdən bir odur ki, yaşadığınız ölkələrdə siyasi amil olun. Həmin ölkələrin dəyərlərini qorumaq şərtilə azərbaycanlı olduğunuzu unutmayın, həqiqətlərin dünyaya çatıdırlmasına dəstək göstərin".
E.Nəsirov bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayı Şuşa şəhərində keçiriləcək. Artıq Diasporla İş üzrə Dövlət Komitəsi bütün hazırlıq prosesini yekunlaşdırıb:
"Ayrı - ayrı ölkələrdən gələn diaspor təşkilatları Şuşada toplanacaq. Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilib. Qarabağın incisi Şuşa şəhərindən bütün dünya ölkələrindən gələn azərbaycanılılar bir yerə cəmləşəcək.
Post müharibənin yeni reallıqları fonunda diaspor təşkilatları həlli gözlənilən məsələlərə dair göstərə biləcəkləri köməkliklər önəmlidir.
Xaricdə yaşayan imkanlı iş adamlarının Qarabağın bərpasına investisiya qoyması əhəmiyyətlidir. Qarabağı öz daxili imkanlarımızın hesabına bərpa edirik.
Dünyada yaşayan diaspor simaları, tanınmış iş adamları prosesə töhfə versinlər. Diasporla İş üzrə Dövlət Komitəsi missiyanı uğurla gerçəkləşdirir.Qurultayda müzakirə olunan məsələlər Qarabağın yenidən qurulmasına adınıçəkdyim şəxslərin cəlbi ilə tarixə düşəcək".