Müəyyən xarici dairələr Azərbaycanda saxta gündəm yaratmağa çalışırlar. Guya, yaxın zamanda Azərbaycanda referendum keçiriləcək. Lakin səslənən iddialar reallığı əks etdirmir.Müşahidələrə əsasən, sözügedən kampaniyaların vacib beynəlxalq tədbirlər ərəfəsində gerçəkləşdiyi diqqətdən qaçmır. Hazırda paytaxtda “TEXNOFEST” festivalı keçirilir. İyun ayı üçün plıanlaşdırılan Formula 1 Azərbaycan Qran - Prisinə hazırlıq gedir.
Ölkəmizi beynəlxalq informasiya məkanında neqativ fonda göstərmək üçün siyasi gündəm süni şəkildə gərginləşdirilir.
Qeyd edək ki,“BBC Azərbaycan”ın saxta referendum haqqında xəbərinin Facebook-da reklama qoyulması bu tip neqativ informasiya kampaniyaların haradan gəldiyini göstərə bilər. Onlar Azərbaycanda hökumətin konstitusiyada dəyişiklik edilməsi üçün referendum səsverməsinə hazırlaşmasına dair bəzi iddiaların mövcudluğunu söyləyiblər.
“Süni gündəm” yaratmaq cəhdləri ilə bağlı “Sherg.az”a danışan “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyinin sədri, “Rupor.az” saytının baş redaktoru Ceyhun Musaoğlunun qənaətincə, digər ölkələr SSR-nin tərkibindən çıxmış müstəqil , daim inkişafa gedən dövlətlərə qarşı qara PR kampaniyası yürüdürlər:
“Avropa toplaşan birliklər var. Heç vaxt istəmirlər ki, bu kimi ölkələr irəliləsin. Müəyyən dairələr formalaşdırırlar. Ögey münasibət dünyanın vəhşi siyasətidir. Rusiya gözümüzün önündə müstəqil Ukraynanı işğal edir.
Avropa dil vasitəsilə işğala səy göstərir. Pulsuz ingilis dili kursları təşkil edirlər. Dilimizi, dinimizi unutdurmağa çalışırlar. Quranı yandırırlar. Azərbaycanda baş tutan mötəbər tədbirlərə xələl gətirirlər. Dezinformasiya xarakterli fikirlər yayılır. Hamısı onların psixoloji təyziqidir.
Guya, Parlament yerində deyil, ona görə referendum keçiriləcək. Özümüzə nifrət bəsləməyimizi istəyirlər. İnsanlar desin ki, “seçkilər yenicə keçirilmişdi, noldu?”.
Prezident ötən gün Zəngilana səfərə yollandı. Qarabağda tikinti quruculuq işləri aparılır. Ölkə başçısı Zəfər muzeyinin yaradılmasını belə planlayır. Proseslər onlarda qıcıq yaradır.
Çıxış yolu daim dövlətin yanında dayanmaqdır. Ölkəmiz üçün xoşbəxt aura düzənləməliyik”.