Tanınmış jurnalist, beynəlxalq münaisəbətlər üzrə şərhçi Əziz Əlibəyli və bir qrup sosial media fəalı, siyasi şərhçi və ictimai elmlər sahəsində aid şəxslərlər, tədqiqatçılarla yeni bir layihəyə imza atıb.
"Sherg.az" xəbər verir ki, “27sentyabr.az” domeni ilə fəaliyyətə başlayan sayt “27 sentyabrdan başlayan düşüncə…” şarı ilə yola çıxıb. Sayt rəhbərliyindən bildirilib ki, 27 sentyabr yeni eranın ilk günüdür, tarixin ilk gününün isə düşüncə ilki, yanaşma fərqi olması mühümdür:
“Platformada siyasi şərhçilər, politoloqlar, sosioloqlar, tədqiqatçılar, sosial media fəalları, bloggerlər rahatlıqla yer alacaq.
Eyni zamanda dünyanın 60-a qədər beyin mərkəzinin anketləri, hesabatları da yayımlanacaq”.