Ağdam rayonu 1993-cü il iyulun 23-də AXCP-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində işğala məruz qalıb. Amma müzəffər Ali Baş Komandanın başçılığı ilə Azərbaycan ordusu 44 günlük müharibədə Ağdamı işğaldan azad edib. Prezidentin diplomatik məharəti, dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur qoydu. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna girdi.
İşğaldan öncə Qarabağımızın ən qələbəlik, müasir, sosial-iqtisadi aktivliyi ilə seçilən rayonu indi Yaponiyanın Xirosimo şəhərinin viranəliyi ilə müqayisə olunur. Mənfur düşmən şəhərdə daşı daş üstə qoymayıb. Təxmini rəqəmlərə görə, Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib. Bu gün Azərbaycan dövləti Ağdamı şəhərsalma mədəniyyətinin ən yeni nailiyyətləri əsasında qurmağa başlayıb və bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə mövzunu "Sherg.az"a şərh edib:
"AXCP - Müsavat cütlüyü azərbaycanlı deyil, Azərbaycanı da sevmir. Onlar hakimiyyətdə olanda Azərbaycanın "başına daş saldılar", geri atdılar. Həm demokratik cəhətdən, həm də bir dövlət kimi inkişafına zərər vurdular. Ona görə də bir ildən sonra hakimiyyəti qoyub qaçdılar. Azərbaycanın başına gələnlər də o vaxtdan başladı".