"Amerikada yenidən seçkilər keçiriləcək. Erməni cəmiyyətlərinin səslərini əldə etməlidilər. Təkcə səsvermə hüququna malik vətəndaşlar deyil, eləcə də, milyonçular proseslərə ciddi təsir göstərə bilirlər".
Bu sözləri ABŞ Dövlət Departamenti yanında qondarma erməni "soyqırımı" üzrə yaradılan xüsusi nümayəndəliyin fəalliyəti ilə bağlı "Sherg.az"a danışan Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Ə. Əlibəylinin qənaətincə, "erməni sevgisi" faktoru Rusiya - Ermənistan münasibətlərinə bağlıdır:
"Ermənistanda Rusiyanın mövqeyini darmadağın etməyi gözləyirlər. Ermənistanın Baş naziri Nikol Paşinyanın "əl"ini gücləndirən amil ABŞ-dir. Ermənistanı Rusiyanın əlindən almağa yönəlik uzunmüddətli əlaqələrdə bu cür addımlar atılacaq".