"Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda xüsusi qonaq kimi iştirak edib. Azərbaycanın bu forumda xüsusi qonaq qismində iştirakı ölkəmizə verilən dəyərin nəticəsi kimi qiymətləndirilə bilər".
Bu sözləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında deyib.
Onun sözlərinə görə, gələcəkdə dövlətlərarası heyətlərin qarşılıqlı səfərlərinin şahidi ola bilərik:
"Ölkə rəhbəri Azərbaycanı təkcə region yox, dünyanın müxtəlif ölkələri etibarlı enerji tərəfdaşı, qaz və neft tədarükçüsü olduğunu vurğuladı.
İtaliya Avropadakı ən mühüm müttəfiqlərimizdəndir. Eləcə də, Azərbaycan qazının istehlakçısıdır. İtaliya Azərbaycan arasında ciddi əməkdaşlığın bariz nümunəsidir. İtaliya şirkətləri Azərbaycan böyük investisiya yatırıb. Qarabağda İtaliya şirkətlərinin vəsait qoyması ilə bağlı məlumatlar yayılıb.
Siyasi, iqtisadi, elm və təhsil, mədəniyyət sahəsində də tərəflər arasında sıx əməkdaşlıq mövcuddur. İtaliya -Azərbaycan münasibətləri həm regional, həm beynəlxalq təşkilatlar səviyyəsində, həm də ikili əlaqələr inkişaf etməkdədir. Çox az ölkələr var ki, Azərbaycan 1 milyard manatdan artıq ticarət dövriyyəsi aparır. Onlardan biri də İtaliyadır.
Hər il onlarla, yüzlərlə azərbaycanlı gənc İtaliyaya təhsil almağa gedir.
Mədəniyyətlərarası əlaqələrimiz da var. Sosial, siyasi dəyərlər, ailə məədəniyyəti Azərbaycanla yaxınlıq təşkil edir. Ümumilikdə, hər biri gələcək üçün böyük prespektiv vəd edir".