"ABŞ dövlət nümayəndəsinin rəsmi İrəvanda keçirdiyi görüşlər nəticəsində müəyyən məsələlər müzakirə olunub".
Bu barədə “Sherg.az” a hüquqşünas, ictimai-siyasi fəal Fərhad Mehdiyev bildirib.
O vurğulayıb ki, N.Paşinyan ABŞ-la Ermənistan rəsmisinin apardığı danışıqlar ehtimalından yola çıxaraq, V.Putin və E.Makrona zəng edib:
"Digər tərəfdən də Rusiya və Fransa BTM-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. Ona görə də ilk bu iki dövlət başçıları ilə danışması normaldır. Eyni zamanda məsələnin beynəlxalq həll yolu ancaq BMT-nin Təhlükəsizlik Şurasında görünür. Həmçinin nəzərə almaq lazımdır ki, regionda real qüvvə Rusiyadır.
Dolayısı ilə Paşinyanın V.Putinə üz tutması çox təbiidir. Böyük ehtimalla Amerika diplomatlarının İrəvana səfərində müəyyən istiqamətlər üzrə razılaşma əldə olunub. Lakin Fransanın Ermənistana himayədarlıq etdiyi məlumdur. Eyni şəkildə Rusiya da rəsmi İrəvan üçün önəmli dövlətlərdən birincisidir.
Ona görə də ABŞ hökuməti ilə müzakirə olunan mövzular barədə Rusiya və Fransa da məlumatlandırılmalıdır. Çünki sözügedən dövlətlərin düşüncələri Ermənistan üçün vacib məsələdir".