İDDİA! - “İlkinin ayaqqabısında Nərminə aid 2-ci qrup qan aşkarlanıb”

"Məhkəmədə heç kim danışmır. Ancaq müzakirələr gedir. Sənədlərin tədqiqi işləri aparılır".
Bu barədə 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev "Sherg.az"a açıqlamasında bildirib. O qeyd edib ki, məhkəmə prosesi 3 saat davam etdi:

"İlkinin ayaqqabısının dabanında Nərminə aid 2-ci qrup qan aşkar olundu. Məhkəməyə gətirilən jurnalistlər onların özününkülərdir. Dediklərimi yazmadıqları üçün onlara danışmayanda məni mətbuat nümayəndələrindən qaçırmışam kimi qələmə verirlər. 

Uşaq şalvarı və ayaqqabısından təqsirləndirilən şəxsin gödəkcəsinin liflərinin tapılması doğrudur. Bunu hakim özü oxuyub. Heç nə saxtalaşdırılmayıb. 

İ.Süleymanovun yun parçadan olan isti alt paltarında Nərmin Quliyevaya aid jaketin lifinin tapılması barədə isə hakim hələ qərar çıxarmayıb. Bu barədə ekspertizanın rəyində belə bir iddia yoxdur".