Ərdoğanla Bayden görüşüb! – “Ciddi müttəfiqdirlər, amma soyuq münasibətlər...”




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef  Bayden arasında görüş başlayıb.
Məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.
Qeyd edək ki, Liderlər “G-20”liyin İndoneziyanın Bali adasında keçirilən sammiti çərçivəsində bir araya gəlib.
Xatırladaq ki bazar günü İstanbulda baş vermis terror aktı ilə bağlı ABŞ-ın baş salığı Türkiyə DİN-I tərəfindən qəbul edilməmişdi.

Görüşün kodlarını “Sherg.az”a açan Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl vurğlayıb ki, edilən açıqlama dövlət səvviyəsində deyil:

“Doğrudur, Türkiyə ilə Amerika arasında ciddi narazılıqlar var. Görüşün əsas məğzi də bu nazarılıqların aradan qaldırılmasına yönəlib. Digər tərəfdən burada Suriya, Ukrayna-Rusiya müharibəsi, Qarabağ məsələsi, Ermənistanla münasibətlər kimi dəyərləndiriləcək regional problemlər yer alır. Yəni hər iki liderin danışacağı çox sözünün olduğu görünür. Rəsmi Vaşinqton ilə Ankara arasındakı əlaqə isə çox dərindir. Düzdür, ortada soyuq münasibətlər var. Lakin hər iki ölkə biri-biri ilə ciddi müttəfiqdir. Çünki hər iki dövlət NATO üzvüdür və super güc kimi tanınır. Ümumiyyətlə, isə dövlətlər arasında problemlər hər zaman olur. Bunlar bəzən şiddətlənir, bəzən də zəifləyir. Amma tək bir görüş ilə bunların həll ediləcəyini düşünmürəm. Ona görə ki, müzakirə olunası yetəri qədər məsələ var və bunların həlli uzun zaman tələb edir".