“Bildiyimiz kimi müxtəlif dövlət qurumlarında və nazirliklərdə olan məmurlar, etdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunurlar”
“Bütün məmurlar, dövlət qurumları isə bu “təmizləmə”lərdən nəticə çıxarmalıdır"
Dünən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində araşdırmalara başlayıblar.
Qeyd edək ki, Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.
DTX-nin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.
Bu kimi əməliyyatların təqdirəlayiq olduğunu deyən Qeyri-Hökumət Təşkilatları Formunun (MQF) prezidenti Rauf Zeyni "Sherg.az"a vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəffaflığın artırılması, ictimai mövqeyin gücləndirilməsi, məmur özbaşınalığına və korrupsiya hallarına son qoyulması üçün ən sərt şəkildə islahatların aparıldığını müşahidə edirik:
“Bununla əlaqədar olaraq da dəfələrlə rəy vermişik. Hansı dövlət qurumu olduğundan asılı olmayaraq, bütün təşkilatlarda islahatlar gedir. Bu islahatlar həm Azərbaycanın rayonlarında, həm də Naxçıvam Muxtar respublikasında davam etdirilir. Yəni bütün ölkə üzrə “təmizləmə” prosesi başlayıb. Bildiyimiz kimi müxtəlif dövlət qurumlarında və nazirliklərdə olan məmurlar, etdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunurlar. DTX onların ifşası üçün xüsusi əməliyyatlar keçirir. Ölkə başçısının təşəbbüsü ilə bu kimi islahatların davam edəcəyini düşünürəm. Bütün məmurlar, dövlət qurumları isə bu “təmizləmə”lərdən nəticə çıxarmalıdır".