“İrandakı aksiyaların sonu azadlıq hərəkatı ilə yekunlaşmalıdır” 



"Bu azadlığı təkcə Güneyli soydaşlarımız və İranın yerli əhalisi yox, bütün dünya istəyir” 

İranın Dehdəşt şəhərində qəzəbli gənclər elmi-dini mərkəzi yandırıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Qeyd edək ki, yayılan görüntülərdə bir qrup gəncin “Molotov kokteyli” ilə elmi-dini mərkəzə od vurduğu əks olunub.

Məsələyə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov 
"Sherg.az"a bildirib ki, İrandakı aksiyaların sonu azadlıq hərəkatı ilə yekunlaşmalıdır: 

"Bu azadlığı təkcə Güneyli soydaşlarımız və İranın yerli əhalisi yox, bütün dünya istəyir. 

Əlbəttə ki, cənub qonşumuzda hakim olan molla rejimi, baş verən hadisələri xaricdən gələn təxribat kimi göstərməyə çalışır və bunu onların daxili işinə qarışmaq kimi qiymətləndirir. 

Amma 1970-ci illərdən bu yana, İranda davam edən anti- milli fəaliyyətlərin son nöqtəsi gəlib çatıb.

 Xalq isə buna öz etirazını bildirir. Ümumiyyətlə, narazılıqların bu şəkildə davam etməsi, İrandakı molla rejiminin yıxılmasına gətirib çıxaracaq".